Bakı. Şamil Əlibəyli – APA-Economics. İsveçin ticarət üzrə dövlət katibi Qunnar Oomun rəhbərlik etdiyi hökumət və biznes nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Bu barədə “APA-Economics”ə İsveçin Azərbaycandakı səfiri Mikael Eriksson bildirib.
Nümayəndə heyətinin səfər çərçivəsində xarici işlər, iqtisadi inkişaf nazirləri ilə görüşləri nəzərdə tutulub. Səfər sabah başa çatacaq.