Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ötən ay ərzaq məhsullarının qiymətləri 2,9%, qeyri-ərzaq mallarının qiymətləri 0,1% ucuzlaşıb. Xidmət tarifləri isə 0,2% bahalaşıb.
2013-cü ilin müvafiq dövrünə nisbətən bu ilin yanvar-iyun aylarında istehlak mallarının qiymətləri və xidmət tarifləri 1,6%, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,2%, qeyri-ərzaq mallarının qiymətləri 3,6%, xidmət tarifləri 0,3% bahalaşıb.