Bank Of Baku

Miqrasiya orqanlarının işçilərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün ödəniləcək pul kompensasiyasının məbləği müəyyənləşib

Miqrasiya orqanlarının işçilərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün ödəniləcək pul kompensasiyasının məbləği müəyyənləşib
# 25 may 2014 13:16 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Miqrasiya orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan miqrasiya orqanlarının işçilərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği və ödənilməsi Qaydası”nı təsdiq edib.

 

 

APA-nın verdiyi məlumata görə, Qaydaya əsasən qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan miqrasiya orqanlarının işçilərinə və onların ailə üzvlərinə  hər ay mənzil kirayəsi üçün Bakı şəhəri üzrə 47 manat, başqa şəhər və rayon mərkəzlərində 33 manat, digər yaşayış məntəqələrində  28 manat  pul kompensasiyası ödəniləcək.

 

Eyni zamanda işçiyə onun hər bir ailə üzvünə görə mənzil kirayəsi ilə bağlı  bu yaşayış məntəqələri üzrə müəyyənləşdirilmiş müvafiq kompensasiyaların 50 faizi məbləğində əlavə pul kompensasiyası ödəniləcək. Kompensasiya almaq üçün işçi ərizə yazmalı, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq şəhər, rayon ərazi idarələri tərəfindən işçinin qulluq keçdiyi müvafiq miqrasiya orqanının yerləşdiyi ərazidə onun və yetkinlik yaşına çatmış ailə üzvlərinin mülkiyyətində mənzilin (yaşayış sahəsinin) olmaması haqqında verilən arayış, mənzilin kirayə götürülməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilə,  işçinin və ailə üzvlərinin şəxsiyyət vəsiqəsinin, nikah haqqında şəhadətnamənin (evli olduğu halda), 16 yaşına çatmamış uşaqlarının doğum haqqında şəhadətnamələrinin surətini təqdim etməlidir. Mənzilin kirayəsi üçün pul kompensasiyası mənzilin kirayə götürülməsi barədə müqavilənin imzalandığı gündən hesablanmaqla, lakin yeni vəzifəyə təyin edilmə günündən tez olmayaraq, miqrasiya orqanının rəhbərinin bu barədə əmrindən sonra ödənilir. İşçinin ailə tərkibində dəyişikliklər baş verərsə, bu barədə işçi tərəfindən rəhbərliyə məruzə edilməli və pul kompensasiyası ilə bağlı müvafiq sənədlər təqdim olunmalıdır. Dövlət Miqrasiya Xidməti tərəfindən xidməti yaşayış sahəsi ilə (digər yaşayış sahəsi ilə) təmin edilmiş işçilərə mənzil kirayəsi üçün pul kompensasiyası ödənilmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR