Bank Of Baku

Nazir Fazil Məmmədov: «Elektron auditin tətbiqi Azərbaycan vergi sistemində şəffaflığın artmasına xidmət edir»

Nazir Fazil Məmmədov: «Elektron auditin tətbiqi Azərbaycan vergi sistemində şəffaflığın artmasına xidmət edir»
# 29 may 2013 11:34 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanın vergi sistemində elektron auditin ilkin tətbiqi yoxlamalara sərf olunan vaxtı və insan resurslarının 1,5 dəfə azalmasına səbəb olub. «APA-Economics»in məlumatına görə, bunu vergilər naziri Fazil Məmmədov «Kompyuter əsaslı audit sistemi sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstəyin göstərilməsi» (E-Audit) tvinninq layihəsinin başa çatdırılmasına həsr olunmuş təqdimat mərasimində bildirib.

 

Nazir qeyd edib ki, Azərbaycanın vergi sistemində elektron auditin tətbiqi üçün müvafiq hüquqi bazanın yaradılması məqsədilə 2013-cü il 1 yanvar tarixindən Vergi Məcəlləsinə e-audit proseslərinin hüquqi əsaslarını tənzimləyən 13 yeni maddə daxil edilib: «Onlardan biri də banklardan vergi məqsədləri üçün alınan məlumatlarla bağlıdır. Məlum olduğu kimi, dünyanın əksər ölkələrində, vergi orqanları tərəfindən əsaslandırılmaqla belə məlumatların banklardan alınmasına məhdudiyyətlər qoyulmur. Vergi Məcəlləsində qəbul olunmuş dəyişikliklər indi bizə də məhkəməyə müraciət etmədən Məcəllədə əks olan hallarda tələb olunan məlumatların birbaşa banklardan alınmasına imkan verir ki, bu da beynəlxalq standartlara tam uyğundur».


Bundan başqa, Azərbaycanda fəaliyyət göstərən müəssisələrin sahə spesifikliyi nəzərə alınmaqla sahələr üzrə audit testləri və e-auditin tətbiqi üçün metodiki tövsiyələr hazırlanaraq tətbiq edilib.


Azərbaycanda e-auditin tətbiqi sahəsində hələ ilk addımlar atıldığını diqqətə çatdıran F.Məmmədov qeyd edib ki, əldə olunmuş nəticələr e-auditin yüksək səmərəliliyini nümayiş etdirir: «Neft, bank və ticarət sektorlarında e-auditin tətbiqinin ilkin nəticələri göstərir ki, vergidən yayınma risklərinin təhlilinin avtomatlaşdırılmış qaydada aparılması nəticəsində bir yoxlamaya sərf olunan vaxt və insan resurslarının həcmi təxminən 1,5 dəfə azalıb. Bu isə ona dəlalət edir ki, e-auditin tətbiqi sahəsində görülən işlər davam etdirilməli, tədricən e-auditin hərtərəfli tətbiqinə nail olunmalıdır».

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR