Bank Of Baku

Rüfət Aslanlı: “İnvestisiya şirkətlərinin fəaliyyətinin formalaşdırılması üçün tərəfdaşlıq layihələrinə ehtiyac var”

Rüfət Aslanlı: “İnvestisiya şirkətlərinin fəaliyyətinin formalaşdırılması üçün tərəfdaşlıq layihələrinə ehtiyac var”
# 21 may 2014 13:51 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Avropa Birliyi (AB) kapital bazarının inkişaf etdirilməsi sahəsində Azərbaycanla tərəfdaşlığı davam etdirməkdə maraqlıdır.

 

APA-Economics”in məlumatına görə, bunu AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib.

 

AB-nin çoxsaylı tvinninq layihələri həyata keçirdiyini deyən M.Mard qeyd edib ki, Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) marağı olsa, AB bunu nəzərə alacaq.

 

QKDK sədri Rüfət Aslanlı isə bildirib ki, rəhbərlik etdiyi qurum tərəfindən gələcəkdə də AB-nin bu cür layihələrinə müraciət edəcək: “Bizim tərəfdaşlıqla bağlı bir neçə layihəmiz masa üzərindədir. Biz indi Prezident Administrasiyasında “Qiymətli kağızlar bazarı haqqında” qanun layihəsini müzakirə edirik. Yaxın həftələrdə qanun layihəsi üzərində işin başa çatdırılacağına ümid edirik. Yeni qanunun qəbulundan sonra beynəlxalq texniki ekspertizaya ehtiyacımız olacaq. Gələcəkdə yaradılacaq maliyyə vasitəçiləri institutlarının, investisiya şirkətlərinin təşkilatlanması, onların prudensial fəaliyyətinin əsaslarının formalaşdırılması və bazar əməliyyatlarında aktiv satış siyasəti tətbiq edə bilməsi üçün belə təşəbbüslərlə çıxış edəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR