Bank Of Baku

Rusiyadan Azərbaycana gələn şəxsdən 5 ov bıçağı götürülüb

Rusiyadan Azərbaycana gələn şəxsdən 5 ov bıçağı götürülüb
# 02 mart 2018 07:51 (UTC +04:00)

Moskva-Bakı aviareysi ilə gələn Rusiya Federasiyasının vətəndaşı gömrük nəzarətindən keçərkən onun baqajı rentgen aparatı ilə yoxlanılıb və monitorda bıçaq təsvirləri görünüb.

 

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən xəbərə görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həmin baqaja təkrar yoxlama aparılıb.

 

Nəticədə, vətəndaşa məxsus çantanın içərisindəki şəxsi əşyaların arasında gömrük nəzarətinə təqdim olunmayan 5 ədəd ov bıçağı aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR