Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşların həcmi 2018-ci ilin fevralın 1-nə 11mlrd. 656,1 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu göstərici 2017-ci ilin eyni dövrü ilə müqayisədə 5 mlrd. 49,1 mln. manat və ya 30,22% azdır.
Kredit qoyuluşların sahələr üzrə tərkibində ən iri həcmi yenə də istehlak kreditlərin payına düşür. Belə ki, ev təsərrüfatlarına verilən kreditlərin həcmi 4 mlrd. 522,8 mln. manat və ya ümumi həcminin 38,8%-ni təşkil edir. Ev təsərrüfatlarına verilən kreditlərin həcmi son bir ildə 1 291,2 mln. manat və ya 22,21% azdır.
Azərbaycanda kreditləşmənin artımı əsasən istehlak kreditlərin artımının hesabına baş verir.
Qeyd edək ki, həcm və pay üzrə istehlak kreditlərindən sonra gedən digər sahələrdən 17,4%-lik payla “Ticarət və xidmət”, 9,6%-lik payla nəqliyyat və rabitə, 5,3%-lik payla sənaye və istehsal, 4,7%-lik payla “İnşaat və əmlak”, 3,9%-lik payla kənd təsərrüfatı və emal, 2,6%-lik payla energetika, kimya və təbii ehtiyatlar sahələrini qeyd etmək olar.