Bank Of Baku

Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 16% artıb

Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 16% artıb
# 09 aprel 2014 15:09 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-mart aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 1 762 920,6 min manat təşkil edib.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 15,7% çoxdur.

 

Bu məbləğin 31,5%-i mənfəət vergisinin, 27,3%-i əlavə dəyər vergisinin, 12,1%-i aksizlərin, 12,9%-i fiziki şəxslərin gəlir vergisinin, 16,2%-i isə digər vergilərin payına düşür. Qeyri-neft sektoru üzrə büdcəyə  977 249,6 manat vəsait daxil olub.

 

Yanvar-mart aylarında ölkə üzrə 22 239 vergi ödəyicisi qeydiyyata alınıb. Cari ilin aprelin 1-nə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 556 862 nəfər  təşkil edib.

 

Bu ilin yanvar-mart ayları ərzində ölkə üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 91,3% təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR