Bu ilin yanvarında Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun (AİKZF) vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 14,6 mln. manat təşkil edib.
“APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 mln. manat və yaxud 44,6% çoxdur.
Bu ilin ilk ayında dövlət büdcəsindən Fonda vəsait ayrılmayıb.
Yanvar ayında AİF 16,6 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib.
AİF-in ipoteka portfeli üzrə göstəricilərə gəlincə, bu il fevralın 1-nə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 45 232,0 manat, orta müddəti 281 ay, orta faiz dərəcəsi 6,63%, aylıq ödəniş isə 323,4 manat təşkil edib.
Müqayisə üçün bildirək ki, ötən ilin müvafiq dövründə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 41 331 manat, orta müddəti 278 ay, orta faiz dərəcəsi 6,68%, aylıq ödəniş isə 297,6 manat təşkil edib.