Bank Of Baku

Yanvarda xarici banklar Azərbaycan iqtisadiyyatına 1 mlrd. manatdan çox vəsait yönəldib

Yanvarda xarici banklar Azərbaycan iqtisadiyyatına 1 mlrd. manatdan çox vəsait yönəldib
# 09 mart 2018 06:59 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının cari ilin fevralın 1-nə iqtisadiyyata kredit qoyuluşu 11 mlrd. 656,1 mln. manatdan 16%-i və ya 1 mlrd. 861,9 mln. manatı dövlət banklarının payına düşüb.  

 

"APA-Economics" Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya istinadən xəbər verir ki, ötən ilin dekabr ayı ilə müqayisədə bu ilin yanvarında dövlət banklarının iqtisadiyyata kredit qoyuluşu 2,83% və ya 54,3 mln. manat azalıb. Ümumiyyətlə, son 1 ildə dövlət bankları iqtisadiyyata kredit qoyuluşunu 3 mlrd. 907,5 mln. manat və ya 3,1 dəfə azaldıb.

 

Bu ilin ilk ayında özəl banklar tərəfindən iqtisadiyyata kredit qoyuluşu 9 mlrd. 380,3 mln. manat təşkil edib ki, bu da banklar tərəfindən yatırılan sərmayənin 80,5%-ni təşkil edir. Hesabat dövründə özəl banklar da iqtisadiyyata kredit qoyuluşunu  41,1 mln. manat və ya 0,44%, son 1 ildə isə 1 mlrd. 101,1 mln. manat və ya 10,5% azaldıb.

 

Yanvarda 100% xarici kapitallı bankların Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 17,5 mln. manat və ya 1,67% azalaraq 1 mlrd. 46,1 mln. manat olub. 1 ildə xarici kapitallı bankların Azərbaycan iqtisadiyyatına yönəltdiyi vəsait 250 mln. manat və ya 19,29% azalıb.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR