Bank Of Baku

Yol qəzasında əlil olan vətəndaşa kompensasiya verilib

Yol qəzasında əlil olan vətəndaşa kompensasiya verilib
# 27 iyul 2015 14:59 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. İcbari Sığorta Bürosu (İSB) tərəfindən kompensasiya ödənişi həyata keçirilib.

 

İSB-dən “APA-Economics”ə verilən məlumata görə, 2014-cü ilin may ayının 2-də saat 03:15 radələrində Sabunçu rayonu, Balaxanı ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində ailə üzvünün (oğlu) sağlamlığa ağır zərər dəyməklə II qrup əlillik alması ilə əlaqədar Azərbaycan vətəndaşına 3000 manat məbləğində kompensasiya verilib.

 

Kompensasiya ödənişi poçt vasitəsi ilə iyulun 27-də köçürülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR