Bank Of Baku

“Xəzər-Lada” şirkətinin rəhbərliyi dəyişdiriləcək

“Xəzər-Lada” şirkətinin rəhbərliyi dəyişdiriləcək
# 05 aprel 2024 09:53 (UTC +04:00)

Rusiya avtomobil brendinin Azərbaycanda rəsmi təmsilçi “Xəzər-Lada” ASC-nin rəhbərliyi dəyişdiriləcək.

"APA-Economics" xəbər verir ki, bununla bağlı qərar mayın 23-də “Xəzər-Lada”nın səhmdarlarının növbəti ümumi yığıncağında veriləcək. Yığıncağın gündəliyində duran əsas məsələlər illik hesabat, Təftiş komissiyasının illik aktının müzakirəsi, İdarə Heyətinin, Müşahidə Şurasının və Təftiş komissiyasının yeni tərkibinin seçilməsi, dividend və mükafatların verilməsi və kənar auditorun təsdiq edilməsidir.

Qeyd edək ki, səhmdarların növbəti ümumi yığıncağı şirkətin Xırdalan şəhərində yerləşən inzibati binasında keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR