Yeni Azərbaycan Partiyasına (YAP) ötən il dövlət büdcəsindən ayrılan vəsait məlum olub.
APA xəbər verir ki, bu, YAP İdarə Heyətinin bu gün təsdiqlədiyi partiyanın maliyyə hesabatında yer alıb.
Qeyd edilib ki, 2021-ci ildə YAP-a dövlət büdcəsindən 1 888 232 manat ayrılıb, bu isə 2020-ci illə müqayisədə 54 182 manat azdır.
2020-ci ildə partiyaya dövlət büdcəsindən 1 942 414 manat ayrılmışdı.