Zakir Nuriyev Türk Dövlətləri Bank Birlikləri Şurasının rəhbərliyinə seçilib

Zakir Nuriyev Türk Dövlətləri Bank Birlikləri Şurasının rəhbərliyinə seçilib
# 05 noyabr 2022 12:11 (UTC +04:00)

İstanbulda Azərbaycanın da iştirakı ilə Türkdilli Dövlətlərin Banklar Birlikləri Şurasının Əməkdaşlıq Sazişinin imzalanması mərasimi olub.

"APA-Economics" bu barədə Türkiyə Banklar Birliyinə(TBB) istinadən xəbər verir. Məlumata görə, Türkiyənin Bankların Tənzimlənməsi və Nəzarəti Agentliyinin sədri Mehmet Ali Akben, TBB-nin sədri Alpaslan Çakar, Türkiyə İştirak Bankları Assosiasiyasının İdarə Heyətinin sədri Osman Çelik və Türk Dövlətləri Təşkilatındakı bank birliklərinin rəhbərləri imzalanma mərasimində üzv ölkələr iştirak edib.

Razılaşmadan sonra ilk iclasını keçirən Şuranın İdarə Heyətinin sədri vəzifəsinə TBB-nin İdarə Heyətinin sədri Alpaslan Çakar, Azərbaycan Banklar Assosiasiyasının İdarə Heyətinin sədri Zakir Nuriyev isə sədr müavini seçilib. Prezident Çakar Şura üzvlərinə təşəkkür edib və üzv dövlətlərlə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün hər cür səy göstərəcəklərini bildirib Növbəti görüşün Azərbaycanda və ya Özbəkistanda keçirilməsi, müxbir əlaqələrinin inkişaf etdirilməsi, texnologiya və ödəniş sistemlərinin ətraflı müzakirəsi qərara alınıb.

Şura Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hüquqi normativlərinə, beynəlxalq konvensiyalara və nizamnamələrə uyğun fəaliyyət göstərəcək. Şura çərçivəsində rəqəmsal bankçılığın inkişafı, iqlim və ekoloji risklərlə mübarizə, ödəniş ekosistemlərinin yayılması kimi məsələlərdə əməkdaşlıq nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR