Bank Of Baku

Ziraat Bank Azərbaycanın aktivləri 63% artıb

Ziraat Bank Azərbaycanın aktivləri 63% artıb
# 13 oktyabr 2023 09:40 (UTC +04:00)

Ziraat Bank Azərbaycan 2023-cü ilin üçüncü rübünün nəticələrinə dair maliyyə hesabatlarını rəsmi internet səhifəsində yayımlayıb. Hesabata əsasən bank ilin əvvəlindən başlayan müsbət artım dinamikasını davam etdirib.

APA-Economics” bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın aktivləri 63% artaraq 712 mln manata çatıb.

Dərc edilmiş hesabatlara əsasən bank müştərilərin etimadını qazanmağa davam edib. Fiziki və hüquqi şəxslərin müddətli əmanətlərinin ümumi məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 70% artaraq 207 mln manata çatmışdır. Bankın kredit portfelində də ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,3% artım müşahidə edilib.

Bankın qazandığı nailiyyətlərdən biri də qeyri-faiz gəlirlərində olan müsbət dinamikasıdır. Belə ki, bankın qeyri-faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 17.8 % artaraq 11 mln manata çatıb. Qeyd edək ki, Ziraat Bank Azərbaycanın faiz gəlirlərində də əhəmiyyətli artım müşahidə edilib. Bu göstərici üzrə artım 47 % təşkil edib.

Maliyyə hesabatına əsasən, bank 2023-cü ilin əvvəlindən 6.4 mln manat xalis mənfəət əldə edib.

“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR