Bank Of Baku

Beynəlxalq qurumlar Gürcüstan iqtisadiyyatının bərpasına 4,55 milyard dollar ayıracaq

Beynəlxalq qurumlar Gürcüstan iqtisadiyyatının bərpasına 4,55 milyard dollar ayıracaq
# 23 oktyabr 2008 08:07 (UTC +04:00)
Brüssel-APA. Avropa Komissiyası müharibədən zərər çəkmiş Gürcüstan iqtisadiyyatının bərpasına 4,55 milyard dollar vəsait ayıracaq. APA-nın məlumatına görə, bu qərar dünən Brüsseldə keçirilən bir günlük iclasın yekununda qəbul olunub. Bu vəsaitin 3,7 milyardı dövlət səviyyəsində ayrılacaq, 850 milyon dollar işə özəl sektor tərəfindən investisiyalar şəklində yatırılacaq.

Bu vəsaitin ən azı 1 milyard dollarının Birləşmiş Ştatların ayıracağı gözlənilir. Avropa İttifaqı Avropa Komissiyasının maliyyə institutları vasitəsilə 640 milyon dollar ayıracaq, Avropa İnvestisiya Bankının xətti ilə ayrılacaq vəsaitlə birlikdə bu rəqəm 1,11 milyard dollara çatacaq. Yaponiya hökuməti də bu məqsəd üçün 200 milyon dollar ayırmağı düşünür. Beynəlxalq Valyuta Fondu isə investisiya mühitinin yaxşılaşdırılması, ölkənin qızıl-valyuta ehtiyatlarının bərpası məqsədilə 750 milyon avro ayırmaq niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR