Bank Of Baku

Ukrayna parlamentinin sədri iki günlüyə iclasları aparmaqdan kənarlaşdırılıb

Ukrayna parlamentinin sədri iki günlüyə iclasları aparmaqdan kənarlaşdırılıb
# 12 noyabr 2008 11:02 (UTC +04:00)
Kiyev – APA. Ukrayna Ali Radasının sədri Arseni Yasenyuk iki günlüyə parlamentin iclaslarını aparmaqdan kənarlaşdırılıb. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, bu məsələni spiker özü səsverməyə qoyub. Qərarın lehinə 231 millət vəkili səs verib. Bundan sonra A. Yasenyuk zalı tərk edib və iclası onun Regionlar Partiyasından olan müavini Aleksandr Lavrinoviç apartmağa başlayıb.
Qeyd edək ki, Regionlar Partiyası A. Yasenyukun parlament sədrliyindən kənarlaşdırılması uğrunda mübarizə aparır. RP-nin bu təklifi noyabrın 11-də səsə qoyulsa da, yetərsay alınmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR