Bank Of Baku

Yaap de Hoop Sxeffer: “Ukraynalı deputatlara yaxşı boksçu kimi medal düşür”

Yaap de Hoop Sxeffer: “Ukraynalı deputatlara yaxşı boksçu kimi medal düşür”
# 13 noyabr 2008 15:20 (UTC +04:00)
Tallinn – APA. NATO-nun baş katibi Yaap de Hoop Sxeffer Ukrayna Ali Radasında sədrin istefaya göndərilməsi zamanı baş verən dava-dalaşı “fəaliyyətdə olan demokratiya” kimi qiymətləndirib. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, NATO-Ukrayna məsləhətləşmələrinin keçirildiyi Estoniyanın paytaxtı Tallinn şəhərində mətbuat konfransı keçirən baş katib Ukraynadakı mürəkkəb daxili siyasi vəziyyətin ölkənin NATO-ya üzvlük perspektivinə təsiri barədə sualı belə cavablandırıb: “Mən situasiyaya pozitiv nöqteyi-nəzərdən baxmaq istəyirəm. Ukraynada fəaliyyətdə olan demokratiya var. Belə demokratiya Ukraynanın üzvlük üçün fəaliyyət planına doğru tədrici irəliləyişinə mane ola bilməz”.
Bununla yanaşı, Yaap de Hoop Sxeffer hesab edir ki, ukraynalı deputatlara yaxşı boksçu kimi medal düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR