Bank Of Baku

Ermənistan prezidentinin qızı ərə gedir

Ermənistan prezidentinin qızı ərə gedir
# 31 oktyabr 2009 10:48 (UTC +04:00)
Bakı – APA. Ermənistan prezidenti Serj Sarkisyan kiçik qızını ərə verir. APA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, Satenik Sarkisyanın gələcək həyat yoldaşı Ermənistan Konstitusiya Məhkəməsi sədrinin arvadının yaxın qohumudur.

Nikah mərasimi bu gün “Surb Qayane” kilsəsində, tor mərasimi isə yerli vaxtla saat 18.00-da “Ocaq” restoranında keçiriləcək. Mərasimdə oliqarxlar, məmurlar, xarici qonaqlar və digər şəxslər iştirak edəcəklər.

Hədiyyələr arasında bahalı qızıl-zinət əşyaları üstünlük təşkil edəcək. Bununla belə, bəziləri digər seçimə üstünlük veriblər. Məsələn, Ermənistan Mərkəzi Bankının sədri gəlinlə bəyə 5 min dollar dəyərində gümüş fincan bağışlamaq qərarına gəlib.

Qeyd edək ki, 22 yaşlı Satenik Sarkisyan İrəvan Dövlət Universitetini iqtisadiyyat ixtisası üzrə bitirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR