Bank Of Baku

Şimali Qafqazda irimiqyaslı antiterror əməliyyatlarına başlanılması gözlənilir

Şimali Qafqazda irimiqyaslı antiterror əməliyyatlarına başlanılması gözlənilir
# 31 oktyabr 2009 20:15 (UTC +04:00)
Məlumata görə, federal hakimiyyətə və ayrı-ayrı şəxslərə, eləcə də hərbçilərə qarşı terror aktları planlaşdıran qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsi üçün aparılan antiterror əməliyyatlarının əhatə dairəsinin daha da genişləndirilməsinə qərar verilib. Buna səbəb isə dağ massivlərində və meşələrdə gizli fəaliyyət göstərən silahlıların Şimali Qafqazda müxtəlif aksiyalar törətməyə hazırlaşması ilə bağlı məlumatların əldə olunmasıdır.

Xatırladaq ki, bir müddət öncə Rusiya Federasiyası Müdafiə Nazirliyinin Quru Qoşunlarının Baş qərargah rəisi, general-leytenant Sergey Skokov da diversiya-kəşfiyyat qruplarının Rusiyanın cənubunda federal hakimiyyətə qarşı partizan müharibəsi metodundan istifadə edə bilmələri ilə bağlı açıqlama verib.

“Nüzavisimaya qazeta” isə Rusiyanın Şimali Qafqazdakı sərhədlərinə 350 minlik rus qoşununun, o cümlədən, 50 min nəfərlik xüsusi təyinatlının topladığı barədə məlumat yazıb. Lakin Mahaçqaladakı mənbə bu informasiyanın həqiqəti əks etdirmədiyini söyləyib: “Doğrudur, Rusiya Şimali Qafqazda terrorizmə qarşı mübarizəni gücləndirmək üçün hərbi kontingentin sayını artırır. Hələlik məlum olan odur ki, yaranmış vəziyyətlə əlaqədar Şimali Qafqazda dağ və meşə massivlərində döyüş qabiliyyətinə malik iki briqada formalaşdırılacaq. Əgər NATO ölkələri Əfqanıstana terrorçuluğa qarşı mübarizə aparmaq üçün on minlərlə canlı qüvvə toplayıb, onların sayı ildən-ilə artırırsa, nəyə görə Rusiya öz ərazisində terrorun kökünü kəsmək üçün lazımi ərazilərə hərbi qüvvə cəlb etməsin? " deyə, mənbə bildirib .
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR