Bank Of Baku

Dağıstanda kənd imamı naməlum şəxslər tərəfindən öldürülüb

Dağıstanda kənd imamı naməlum şəxslər tərəfindən öldürülüb
# 02 noyabr 2009 07:42 (UTC +04:00)
Xasavyurt-APA. Dağıstanın Xasavyurt rayonunun Bavtuqay kəndinin imamı öldürülüb. APA-nın məlumatına görə, 34 yaşlı imam axşam namazından sonra məsciddən evə qayıdan zaman naməlum şəxslərin silahlı hücumuna məruz qalıb. Ağır yaralanan imam xəstəxanaya aparılan zaman yolda keçinib. Hadisənin motivi araşdırılır. Xasavyurt şəhərində keçirilən xüsusi əməliyyat zamanı isə üç terrorçu öldürülüb. Əməliyyatla əlaqədar şəhərin mərkəzində antiterror rejimi elan olunub. Terrorçuların qaldığı ev mühasirəyə alınıb, hüquq-mühafizə orqanları onlara təslim olmağı təklif ediblər. Lakin içəridə olan şəxslər silahlı müqavimət göstərib, bu səbəbdən terrorçuların gizləndiyi bina hücumla ələ keçirilib. Öldürülən şəxslərdən biri terrorçu qrupun lideri, 1979-cu il təvəllüdlü Arslan Eqizbayevdir. Hadisə yerindən iki avtomat, əl qumbaraları, döyüş sursatı götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR