Bank Of Baku

Tiflisdə amerikalı əsgərlərlə yerli sakinlər arasında dava olub

Tiflisdə amerikalı əsgərlərlə yerli sakinlər arasında dava olub
# 02 noyabr 2009 07:47 (UTC +04:00)
Tiflis-APA. Tiflisin “Varazi” mehmanxanası yaxınlığında üç amerikalı əsgərlə yerli sakinlər arasında dava olub. APA-nın məlumatına görə, şahidlər kefli vəziyyətdə olan əsgərlərin iki yerli sakinlə mübahisə etdiyini bildirirlər. Daha sonra əsgərlərdən biri yerli sakinin başına içki şüşəsi ilə zərbə endirib. Amerikan əsgərləri mülki geyimdə olublar, onlar davadan dərhal sonra hadisə yerindən uzaqlaşıblar. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Hələlik rəsmi dairələr məlumatı şərh etməyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR