Bank Of Baku

Ukraynada pnevmoniyadan 64 nəfər ölüb

Ukraynada pnevmoniyadan 64 nəfər ölüb
# 02 noyabr 2009 10:58 (UTC +04:00)
Bakı – APA. Noyabrın 2-nə olan məlumata əsasən Ukraynada pnevmoniyadan 64 nəfər ölüb. APA-nın “Ukrainskaya pravda” portalına istinadən verdiyi xəbərə görə, bunu Ukrayna baş nazirinin 1-ci müavini Aleksandr Turçinov deyib. O bildirib ki, ölkədə ümumilikdə 171 min nəfər qrip şikayəti ilə həkimə müraciət edib, onlardan 7,5 mini xəstəxanalara yerləşdirilib və 64-ü dünyasını dəyişib.

Noyabrın 2-nə keçən gecə Ukrayna hökumətinin müraciəti əsasında İsveçrədən bu ölkəyə qrip virusu ilə mübarizədə istifadə edilən böyük partiya “Tamiflu” preparatı göndərilib. Hava limanında yükü baş nazir Yuliya Timoşenko, prezident katibliyinin rəhbəri Vera Ulyançenko və xarici işlər naziri Pyotr Poroşenko qarşılayıblar. Y. Timoşenko dərmanın 300 min doza həcmində olduğunu və bunun ölkənin bütün vilayətlərini təmin etmək üçün kifayət edəcəyini söyləyib. O, ölkədə 191 min nəfərin adi qripə yoluxduğunu, Kaliforniya qripi (yaxud “donuz qripi”) ilə bağlı 14 halın qeydə alındığını açıqlayıb: “Bu preparat pulla satılmayacaq və apteklərə deyil, xəstəxanalara paylanacaq. Xəstələnən insan xəstəxanaya müraciət etməlidir. Orada onlara pulsuz ilk yardım göstəriləcək. İnsanlar rahat olmalı və bilməlidir ki, Ukraynanın bütün xəstəxanalarında ehtiyac duyulandan iki dəfə artıq dərman var”.

Y. Timoşenko gələn həftə ölkəyə daha 300 min doza həcmində “Tamiflu” gətiriləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR