Bank Of Baku

Dağıstan Daxili İşlər Nazirliyi vətəndaşları evlərini kirayəyə verərkən ehtiyatlı olmağa çağırıb

Dağıstan Daxili İşlər Nazirliyi vətəndaşları evlərini kirayəyə verərkən ehtiyatlı olmağa çağırıb
# 02 noyabr 2009 11:22 (UTC +04:00)
Mahaçqala. İ. Kərimov – APA. Qış fəslinin yaxınlaşması ilə əlaqədar terrorçuların əksəriyyəti Mahaçqalada, eləcə də digər şəhər və rayonlarda evlər kirayələyirlər. Dağıstan Daxili İşlər Nazirliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, bu zaman daha çox boş qalmış evlərdən və mənzillərdən istifadə olunur. Belə halda isə terrorçuları yaxalamaq və yaxud zərərsizləşdirmək çətinləşir. Əməliyyatların gedişi zamanı güc strukturları terrorçuların yaşadığı evlərə və çoxmərtəbəli binaların mənzillərinə atəş açmaq məcburiyyətində qalırlar. Antiterror əməliyyatları keçirilərkən evlərini kirayəyə verən şəxslər külli miqdarda ziyana düşür və onlara kompensasiya ödənilmir. Odur ki, Dağıstan DİN vətəndaşları xəbərdar edib ki, şübhəli şəxslərə evlərini kirayəyə verməsinlər, yaxud vaxtaşırı evlərinə baxış keçirsinlər. Kirayənişinlərdən şübhələndikdə isə DİN-in əhaliyə elan olunan telefon nömrələrinə zəng etsinlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR