Bank Of Baku

Ukraynada qrip epidemiyasından 67 nəfər ölüb

Ukraynada qrip epidemiyasından 67 nəfər ölüb
# 02 noyabr 2009 12:48 (UTC +04:00)
Bakı – APA. Noyabrın 2-si günortaya olan məlumata əsasən Ukraynada qrip epidemiyasından 67 nəfər ölüb. APA-nın “Ukrainskaya pravda” portalına istinadən verdiyi xəbərə görə, bu rəqəmi Ukrayna səhiyyə nazirinin 1-ci müavini Vasili Lazorşinets açıqlayıb. O, A/H1N1 (“donuz qripi”) virusuna laborator analizlər nəticəsində təsdiqlənmiş 22 yoluxma halının qeydə alındığını, lakin bütün ölümlərin əsas səbəbinin məhz bu virus olduğunu bəyan edib: “Əlimizdə bunun “donuz qripi” olduğuna dair təsdiqlənmiş informasiya var. Bütün ölümlər eyni tiplidir. Patoloanatomik ekspertiza hələ davam edir”.

V. Lazorşinets Ukraynada “donuz qripi”nə qarşı peyvənd olmadığını da deyib: “Hazırda Ukraynada peyvənd yoxdur, lakin biz bütün ölkələr və istehsalçılarla danışıqlar aparırıq. Artıq bir neçə peyvənd Ukraynada qeydiyyatdan keçmək üzrədir”.

Nazir müavini bildirib ki, “donuz qripi”ni müalicə edən yeganə preparat “Tamuflu”dur, lakin bu dərman profilaktik vasitə deyil: “Bu dərman yalnız orqanizmdə virus varsa işə yarayır və xəstəliyin ilk günlərində effektlidir”.

V. Lazorşinets xəstəliklə bağlı vəziyyəti proqnozlaşdıra bilmədiklərini də əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR