Bank Of Baku

Tacikistanda amnistiya aktı əsasında 10 min məhbus azadlığa buraxılacaq

Tacikistanda amnistiya aktı əsasında 10 min məhbus azadlığa buraxılacaq
# 02 noyabr 2009 16:47 (UTC +04:00)
Düşənbə-APA. Tacikistanda qəbul olunan “Amnistiya haqqında” qanuna görə 10 minə yaxın məhbus azadlığa buraxılacaq. APA-nın məlumatına görə, parlamentin aşağı palatasının qəbul etdiyi qanun layihəsi prezident Emomali Rahmon tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək. Amnistiya haqqında qanuna görə, yaşı 55-dən artıq olan kişi və qadın məhbuslar, yetkinlik yaşına çatmayanlar, birinci və ikinci dərəcəli əlillər, Böyük Vətən Müharibəsi veteranları, vərəm xəstəliyinə tutulan məhkumlar və xarici vətəndaşlar azadlığa buraxılacaq. Bundan başqa amnistiya aktı ehtiyatsızlıq cinayət törədərək 10 ilədək cəza alan məhkumlara da şamil olunacaq. Qanunda fərarilik etdiyinə görə məhkum olunan 4 min nəfərin də azadlığa buraxılması nəzərdə tutulur. Amnistiya aktı Tacikistan Konstitusiyasının 15 illiyi münasibətilə qəbul olunub. Ölkədə sonuncu amnistiya aktı 2007-ci ildə qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR