Bank Of Baku

Rusiyanın Nijeqorodsk vilayətinin Balaxna şəhərində baş verən yanğın nəticəsində 7 nəfər ölüb

Rusiyanın Nijeqorodsk vilayətinin Balaxna şəhərində baş verən yanğın nəticəsində 7 nəfər ölüb
# 03 noyabr 2009 07:48 (UTC +04:00)
Bakı – APA. Rusiyanın Nijeqorodsk vilayətinin Balaxna şəhərində bir yaşayış evində baş verən yanğın nəticəsində 7 nəfər ölüb, 1 nəfər yaralanıb. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, yanğın noyabrın 3-nə keçən gecə Medikov küçəsindəki 8 mənzilli taxta evdə başlayıb. Yanğınsöndürənlər hadisə barədə məlumat aldıqdan bir neçə dəqiqə sonra olay yerinə çatıblar. Lakin həmin vaxta qədər alov evin damını əhatə edib. Yanğının söndürülməsinə 3 saat vaxt sərf olunub. Yanğının səbəbi hələlik bəlli deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR