Bank Of Baku

“Spartak” basketbol klubunun sahibi Moskvanın mərkəzində qətlə yetirilib

“Spartak” basketbol klubunun sahibi Moskvanın mərkəzində qətlə yetirilib
# 03 noyabr 2009 07:54 (UTC +04:00)
Bakı-APA. “Spartak” qadın basketbol klubunun sahibi, məşhur iş adamı Şabtay fon Kalmanoviç Moskvanın mərkəzində qətlə yetirilib. APA-nın məlumatına görə, Kalmanoviç ötən ilin sentyabrında Dövlət Dumasının deputatı Ruslan Yamadayevin öldürüldüyü yerdən bir qədər aralıda açılan atəş nəticəsində dünyasını dəyişib. Bəzi məlumatlara görə, öldürülən şəxs bir müddət əvvəl restoranın çıxışında qətlə yetirilmiş Rusiya kriminal aləminin başçısı “Yaponçik”in yaxın dostu olub. Hüquq-mühafizə orqanları Kalmanoviçin hərəkətdə olan “Mersedes S500” markalı maşınına “Lada-Priora” avtomobilindən atəş açıldığını bildiriblər. Atəşdən sonra cinayətkarlar qaçmağa cəhd göstəriblər, lakin “Mersedes”in sürücüsü onları maşınla qovmağa başlayıb. Lakin bir neçə güllə yarası alan sürücü maşını dayandırmalı olub. Həkimlər Kalmanoviçin bədənində ən azı 20 güllə yarası aşkarlayıblar. İş adamının sürücüsü ağır vəziyyətdə hospitala yerləşdirilib. Onun saxlandığı palata ciddi şəkildə mühafizə olunur. Qeyd edək ki, Kalmanoviç həm də Litvanın “Jalqiris” basketbol klubunun sahiblərindən biri olub. “Jalqiris” Avropa çempionu olduqdan sonra Litva prezidenti Kalmanoviçə knyaz titulu verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR