Bank Of Baku

Ukraynada qrip epidemiyası nəticəsində 71 nəfər ölüb

Ukraynada qrip epidemiyası nəticəsində 71 nəfər ölüb
# 03 noyabr 2009 08:24 (UTC +04:00)
Bakı – APA. Ukraynada qrip epidemiyası 71 nəfərin həyatına son qoyub. APA-nın “Ukrainskaya pravda” portalına istinadən verdiyi xəbərə görə, Səhiyyə Nazirliyi noyabrın 2-si yerli vaxtla saat 17-yə olan məlumata əsasən Lvov vilayətində 30, Ternopol vilayətində 16, İvano-Frankovsk vilayətində 12, Çernovitsk vilayətində 5, Volın, Zakarpatye və Roven vilayətlərinin hərəsində 2, Xmelnitsk vilayətində 1 nəfərin – ümumilikdə 30 vətəndaşın öldüyünü elan edib. Ukraynanın baş sanitar həkimi Aleksandr Bilovol isə ölənlərin sayının 71 olduğunu bildirib. O, ölkədə “donuz qripi” epidemiyasının olmadığını bəyan edib. A. Bilovol laborator analizlər nəticəsində təsdiqlənmiş 14 “donuz qripi”nə yoluxma halının olduğunu, ölənlərin yalnız 3-də bu virusun aşkarlandığını açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR