Bank Of Baku

Gürcüstan parlamentində jurnalistlərlə görüş keçirilib

Gürcüstan parlamentində jurnalistlərlə görüş keçirilib
# 03 noyabr 2009 15:37 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstan parlamentində jurnalistlərlə görüş keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, parlamentin sədri David Bakradze jurnalistlərin problemləri ilə maraqlanıb. Görüşdə iştirak edən jurnalistlərə “Jurnalistlərin orfoqrafiya – stilistik leksionu” kitabı paylanıb, eyni zamanda kitabın təqdim olunması mərasimi keçirilib. D. Bakradze bu kitabın jurnalistlər üçün son dərəcə vacib olduğunu bildirib: “Bu kitab müasir şəraitdə hər kəs üçün, o cümlədən də mənə vacibdir. İctimaiyyət və cəmiyyət arasında savadlı terminlərdən istifadə edərək danışmaq hamıya lazımdır. Bu, xüsusilə siyasətçilər və jurnalistlər üçün lazımlı kitabdır. Onlar bu kitab sayəsində auditoriya və tamaşaçılar qarşısında daha savadlı və elmi cəhətdən zəngin və mənalı sözlərdən istifadə edə biləcəklər. Onu da qeyd edim ki, bu kitab həm də gürcü dilini yeniləşdirəcək və onun saflığını qoruyacaq. Dilimizə müasir şəraitdə yad sözlər daxil olur və biz dilimizi modernləşdirmək və onu qorumaq üçün belə vacib kitablardan həmişə istifadə etməliyik”. Qeyd edək ki, kitabı Tiflisdəki Arnold Rekobava adına Dilçilik İnstitutunun əməkdaşları hazırlayıb. Kitabın redaktoru Tamara Vaşakidzedir.

Daha sonra David Bakradze tədbirdə jurnalistlərin suallarını cavablandırıb. APA-nın “Leysan yağışları nəticəsində fəlakətə düçar olan Laqodexi rayonunda yaşayan azərbaycanlıların təbii fəlakətdən sonra vəziyyəti parlamentdə müzakirə olunacaqmı?” sualını cavablandıran David Bakradze açıqlama verərək bildirib ki, bu məsələyə ilk növbədə hökumət baxacaq. Əvvəlcə komissiya üzvləri fəlakətin törətdiyi ziyanı dəqiqləşdirməli, sonra hökumətin iclasında baxmalıdırlar: “Əgər lazım olarsa, məsələ Gürcüstan parlamentində də müzakirə olunacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR