Bank Of Baku

Rusiyada “qanuni oğru” adı artıq cinayət sayılır

Rusiyada “qanuni oğru” adı artıq cinayət sayılır
# 03 noyabr 2009 23:27 (UTC +04:00)
Bakı – APA. Rusiya prezidenti Dmitri Medvedev Cinayət və Cinayət-Prosessual məcəllələrinə dəyişiklikləri nəzərdə tutan qanunu təsdiq edib.
APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, dəyişikliklər cinayətkar birliklərin təşkilatçıları və “qanuni oğru”lar üçün cəzaların sərtləşdirilməsini nəzərdə tutur.
Qanunu şərh edən D.Medvedev bəyan edib ki, kriminal iyerarxiyanın başında duran şəxslər bundan sonra ya 15-20 il müddətinə, ya da ömürlük azadlıqdan məhrum ediləcəklər: “Söhbət özünü cinayətkar aləmlə identifikasiya edən və bunu gizlətməyən şəxslərdən gedir. Cinayətkar birlikdə olmağın özü artıq cinayət tərkibi yaradır və bu, cinayət məsuliyyətinə cəlb edilmək üçün kifayətdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR