Bank Of Baku

Tacikistanda 10 min məhbusa şamil edilən amnistiya aktı qəbul olunub

Tacikistanda 10 min məhbusa şamil edilən amnistiya aktı qəbul olunub
# 04 noyabr 2009 10:07 (UTC +04:00)
Düşənbə-APA. Tacikistan prezidenti Emomali Rahmonun imzaladığı amnistiya aktına əsasən 10 min məhbus azadlığa buraxılıb. APA-nın məlumatına görə, amnistiya aktı parlamentin aşağı palatası tərəfindən ölkə Konstitusiyasının 15 illiyi və Tacikistanda 2009-cu ilin böyük imam Əbu Hənifə ili elan olunması ilə əlaqədar qəbul edilib. Amnistiya aktının icrasına bu gündən başlanacaq.

Parlamentin qəbul etdiyi qanuna əsasən, amnistiya aktı cəzasının dörddə üç hissəsini çəkənlərə, qadınlara, yetkinlik yaşına çatmayan uşaqlara, 55-dən yuxarı yaşı olan kişilərə, əlillərə, vərəm xəstəsi olan məhbuslara, müharibə, əmək və Çernobıl veteranlarına şamil olunacaq. Bundan başqa fərarilik maddəsi ilə məhkum edilən 4 min məhbus da amnistiya olunub. Bu, Tacikistanın müstəqilliyi dövründə qəbul olunan 12-ci amnistiya aktıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR