Bank Of Baku

Ukraynada “Protiv vsex” soyadlı şəxsi prezidentliyə namizədliyi qeydə alınıb

Ukraynada “Protiv vsex” soyadlı şəxsi prezidentliyə namizədliyi qeydə alınıb
# 04 noyabr 2009 10:17 (UTC +04:00)
Bakı – APA. Ukrayna Mərkəzi Seçki Komissiyası “Protiv vsex” (Ukrayna dilində: Protıvsix) soyadlı şəxsin prezidentliyə namizədliyini qeydə alıb. APA-nın “Novıy region”a istinadən verdiyi məlumata görə, Vasili Protıvsix namizədlik vəsiqəsini aldıqdan sonra pasportunu jurnalistlərə göstərib. Pasportda soyad qrafasına doğrudan da Protıvsix yazıldığı bəlli olub.

Yeni namizədin əvvəlki soyadı Qumenyuk olub. O, İvano-Frankovsk Ticarət-Sənaye Palatasının sədridir və daha əvvəl Yaremça şəhərinin meri vəzifəsində çalışıb. V. Protıvsix seçkidə Ukraynanın indiki siyasi elitasından məyus olmuş seçicilərin səsini qazanmağa ümid bəslədiyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR