Bank Of Baku

Qriqori Karasin: “Ermənistan-Türkiyə razılaşması üçüncü tərəfə zərər kimi şərh oluna bilməz”

Qriqori Karasin: “Ermənistan-Türkiyə razılaşması üçüncü tərəfə zərər kimi şərh oluna bilməz”
# 04 noyabr 2009 11:23 (UTC +04:00)
Bakı – APA. “Ermənistan-Türkiyə razılaşmasının heç bir məqamı üçüncü tərəfə zərər kimi şərh oluna bilməz”. APA-nın xəbərinə görə, bunu “Ermənistan Respublikası” qəzetinə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib. O bildirib ki, protokolların imzalanması hər iki tərəfin mehriban qonşuluq münasibətləri yaratmaqda qərarlı olduğunu göstərir: “İndi tərəflər bu protokolları ratifikasiya etməli və onların həyata keçirilməsinə başlamalıdır”.

Q. Karasin Rusiyanın iqtisadi layihələr, xüsusən də enerji və nəqliyyat sahələrində həyata keçiriləcək layihələrlə də Ermənistan-Türkiyə yaxınlaşmasını dəstəkləməyə hazır olduğunu bəyan edib: “Ermənistanla Türkiyə arasında münasibətlərin düzəlməsi Qafqazda gərginliyin azalmasına, sülh, təhlükəsizlik və sabitliyə kömək edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR