Bank Of Baku

Gürcüstanın xarici işlər naziri Rusiya vətəndaşlığından imtina edib

Gürcüstanın xarici işlər naziri Rusiya vətəndaşlığından imtina edib
# 04 noyabr 2009 12:09 (UTC +04:00)
Tiflis-APA. Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze könüllü şəkildə Rusiya vətəndaşlığından imtina edib. APA-nın məlumatına görə, Vaşadze artıq bununla bağlı Rusiya prezidentinə müraciət ünvanlayıb: “Mən Rusiya vətəndaşlığından çıxmağım barədə Rusiya prezidentinə ərizə yazmışam və öz Rusiya pasportumu da ərizə ilə birlikdə Moskvaya göndərmişəm. Rusiyanın işini bir az yüngülləşdirmək istəyirəm, çünki bu ölkənin Konstitusiyasında vətəndaşlıqdan məhrum etmək proseduru yoxdur”. Xatırladaq ki, dünən Dövlət Dumasının deputatı Semyon Bağdasarov müvafiq orqanlardan Vaşadzenin Rusiya pasportunu almağı tələb etmişdi: “Mixail Saakaşvilinin yaxın ətrafından olan və Rusiya pasportu daşıyan bir şəxsin ölkəmizə qarşı sərt jestlər etməsi məni qıcıqlandırır”. Lakin Duma üzvləri Rusiya ilə Gürcüstan arasında gərginliyi artırmamaq üçün Bağdasarovun bu təklifini dəstəkləməyiblər. Qriqol Vaşadze 1991-ci ildə Rusiya vətəndaşının pasportunu alıb, 2004-cü ildə isə Gürcüstan vətəndaşlığına keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR