Bank Of Baku

Qazaxıstanlı alimlər A/H1N1 virusuna qarşı vaksin hazırlayıblar

Qazaxıstanlı alimlər A/H1N1 virusuna qarşı vaksin hazırlayıblar
# 05 noyabr 2009 07:44 (UTC +04:00)
Astana. Ləman Ağayeva - APA. Yaxın günlərdə qazaxıstanlı alimlər Təhsil Nazirliyinin Elmi Tədqiqat İnstitutunda A/H1N1 virusuna qarşı hazırladıqları peyvəndi sınaqdan keçirəcəklər. Ölkənin baş sanitar həkimi Keneş Ospanov APA-nın Qazaxıstandakı müxbirinə bildirib ki, qazaxıstanlı alimlərə bu preparatı hazırlamaqda Sankt-Peterburqlu həmkarları kömək edib. Bu peyvəndin hazırlanması üçün tələb olunan mürəkkəb laboratoriya əməliyyatlarına ölkə büdcəsindən vəsait ayrılıb. Baş həkim K. Ospanov onu da deyib ki, Qazaxıstan alimləri bundan əvvəl “quş qripi”nə qarşı da vaksini böyük müvəffəqiyyətlə hazırlamağa nail olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR