Bank Of Baku

Ukraynada qrip epidemiyası nəticəsində ölənlərin sayı 100-ə yaxınlaşır

Ukraynada qrip epidemiyası nəticəsində ölənlərin sayı 100-ə yaxınlaşır
# 05 noyabr 2009 10:30 (UTC +04:00)
Bakı – APA. Noyabrın 5-nə olan məlumata əsasən Ukraynada qrip epidemiyası nəticəsində 96 nəfər ölüb. APA-nın “Ukrainskaya pravda” portalına istinadən verdiyi xəbərə görə, bunu Ali Radanın Səhiyyə məsələləri komitəsinin sədri Tatyana Baxteyeva parlamentdəki çıxışında deyib. O bildirib ki, ölənlər arasında 6 həkim, 7 hamilə qadın və 9 uşaq da var.

Ümumilikdə Ukraynada qripə yoluxanların sayı 478 min nəfərə çatıb. Lakin ölkədə cəmi 17 A/H1N1 virusuna yoluxma halı qeydə alınıb. “Donuz qripi”ndən ölənlərin sayı 6 nəfərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR