Bank Of Baku

Baş Kəşfiyyat İdarəsinin rəisi: “Gürcüstan Cənubi Osetiya və Abxaziyaya yenidən hərbi təcavüz edə bilər”

Baş Kəşfiyyat İdarəsinin rəisi: “Gürcüstan Cənubi Osetiya və Abxaziyaya yenidən hərbi təcavüz edə bilər”
# 05 noyabr 2009 11:58 (UTC +04:00)
Moskva-APA. “Gürcüstan Cənubi Osetiya və Abxaziyaya qarşı yeni hərbi təcavüz etməyə qadirdir, bunu istisna etmək olmaz”. APA-nın məlumatına görə, bu fikirləri Baş Kəşfiyyat İdarəsinin rəisi Aleksandr Şlyaxturov söyləyib. O Gürcüstan ordusunun Cənubi Osetiyaya hücumunu avantüra adlandırıb: “Gürcüstan bu addımı bir çox faktorları, o cümlədən hadisələrin mümkün inkişaf ssenarilərini nəzərə almadan atmışdı. Bu vəziyyət bir daha təkrar oluna bilər, çünki Gürcüstan xaricdən silah və hərbi texnika almaqla öz hərbi potensialını bərpa etməyə çalışır. Tiflis yenə də əvvəllər olduğu kimi NATO, İsrail və Ukraynadan hərbi yardım almaqda davam edir. NATO ölkələri, ilk növbədə Şərqi Avropa dövlətləri Gürcüstana atıcı silahlar satırlar. ABŞ bu ölkədə Silahlı Qüvvələrin hərbi təlimini həyata keçirir, İsrail Gürcüstana pilotsuz uçuş aparatları, Ukrayna isə tank və hava hücumundan müdafiə vasitələri satır”. Aleksandr Şlyaxturov Ukraynadan Gürcüstana həm dövlət səviyyəsində, həm də qeyri-leqal yolla silah satıldığını iddia edib. Qeyd edək ki, Rusiya prezidenti Dmitri Medvedyev ötən ilin yanvarında Gürcüstana silah satan ölkələrlə hərbi-texniki əməkdaşlığın dayandırılmasını nəzərdə tutan fərman imzalayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR