Bank Of Baku

“İki sahil” qəzeti Neft Daşlarının 60 illik yubileyinə həsr olunmuş xüsusi buraxılış nəşr edib

“İki sahil” qəzeti Neft Daşlarının 60 illik yubileyinə həsr olunmuş xüsusi  buraxılış nəşr edib
# 05 noyabr 2009 12:11 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “İki sahil” qəzeti Neft Daşlarının 60 illik yubileyinə həsr olunmuş xüsusi buraxılış nəşr edib. Qəzetin redaksiyasından APA-ya daxil olan məlumata görə, rəngli, illüstrativ materiallardan geniş istifadə olunan 40 səhifəlik xüsusi buraxılış Heydər Əliyev və prezident İlham Əliyevin Neft Daşları barədə fikirləri ilə başlayır. Xüsusi buraxılışda ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin “Neft Daşlarının 60 illiyi Azərbaycan neft-qaz sənayesinin və bütün xalqımızın bayramıdır” adlı yazısı dərc edilib. Buraxılışda həmçinin ARDNŞ-in birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin “Neft Daşları sınaq meydanıdır”, ARDNŞ-in iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımovun ““Neft daşları” NQÇİ-nin ilk azərbaycanlı baş mühasibi”, ARDNŞ-in vitse-prezidenti Mikayıl İsmayılovun “Neft Daşları: Neft sənayesi üçün kadr potensialı yetişdirən böyük məktəb” və digər məqalələrdə Neft daşlarının tarixi və bu günü ilə bağlı məqamlar öz əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR