Bank Of Baku

Ermənistan Milli Təhlükəsizlik Xidməti Gürcüstanla sərhəddə insident baş verdiyini təsdiqləyib

Ermənistan Milli Təhlükəsizlik Xidməti Gürcüstanla sərhəddə insident baş verdiyini təsdiqləyib
# 05 noyabr 2009 13:17 (UTC +04:00)
Bakı – APA. Ermənistan Milli Təhlükəsizlik Xidməti Gürcüstanla sərhəddə baş vermiş insident haqqında açıqlama yayıb. APA-nın “News.am” saytına istinadən verdiyi məlumata görə, Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin rəhbəri Artsvin Baqramyan sərhəd xəttinin demarkasiyası ilə bağlı aparılan texniki iş zamanı kiçik insident yarandığını və belə şeylərin tez-tez olduğunu söyləyib. O, Gürcüstan ordusunun bölmələrinin və iki ölkə sərhəd xidməti rəhbərlərinin hadisə yerində olduqlarına dair xəbərləri təkzib edib.

Qeyd edək ki, daha əvvəl yayılan xəbərlərə görə, erməni tərəfinin sərhəd zolağında sərhəd dirəkləri quraşdırmaq cəhdi gürcü tərəfinin müqavimətinə rast gəlib. Hətta Gürcüstan sərhədə əlavə hərbi qüvvə göndərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR