Bank Of Baku

Ukraynanın daha bir vilayətində karantin elan olunub

Ukraynanın daha bir vilayətində karantin elan olunub
# 05 noyabr 2009 16:20 (UTC +04:00)
Bakı – APA. Ukraynanın daha bir vilayətində - Kirovoqradda da karantin elan olunub. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, Kirovoqrad qubernatoru Vladimir Movçan müvafiq sərəncam imzalayıb. Qərar qripə yoluxma səviyyəsinin epidemik səviyyəyə (hər 10 min nəfərdən 45,4 nəfər) çox yaxınlaşması ilə əlaqədar. Belə ki, Kirovoqradda artıq hər 10 min nəfərdən 44,2-si xəstədir. V. Movçan epidemiyanın yayılmasını əngəlləmək məqsədilə vilayət büdcəsinin ehtiyat fondundan 99,9 min qrivna ayrılmasına da sərəncam verib.

Xatırladaq ki, bundan əvvəl Nazirlər Kabinetinin qərarı ilə 9 vilayətdə karantin elan olunmuşdu. İndiyədək Ukraynada qrip epidemiyası nəticəsində 96 nəfər ölüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR