Bank Of Baku

Aleksandr Lukaşenko: “A/H1N1 qripi ətrafında panika yaradanlar dərman istehsalçılarıdır, mən bu quldurları yaxşı tanıyıram” - FOTO

Aleksandr Lukaşenko: “A/H1N1 qripi ətrafında panika yaradanlar dərman istehsalçılarıdır, mən bu quldurları yaxşı tanıyıram” - <font color=red>FOTO</font>
# 05 noyabr 2009 16:31 (UTC +04:00)
Bakı – APA. Belarus prezidenti Aleksandr Lukaşenko A/H1N1 virusu (“donuz qripi”) ətrafında panika yaradanların dərman istehsalçıları olduğuna əmindir. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, Ukraynada səfərdə olan Aleksandr Lukaşenko Kiyevdə həmkarı Viktor Yuşşenko ilə keçirdiyi birgə mətbuat konfransında “donuz qripi” mövzusu üzərində xüsusi dayanıb: “Mən bu dərman istehsalı və ticarətinin aparıldığı superkorrupsiyalaşmış quldurluq mühitində nələrin baş verdiyini bilirəm. Gəlin, açıq danışaq - biz “quş qripi” ilə bağlı çoxdandır banlamırıq. Halbuki bütün dünya banlayırdı. Yəqin bütün dərmanları satıb qurtardılar. İndi donuz kimi zingildəyirlər. Sabah yəqin pişik kimi mırıldayacaq, yaxud inək kimi movuldayacağıq”.

A. Lukaşenko hələ “donuz qripi”nin gündəmdə olmadığı 2008-ci ildə Belarusda pnevmoniyadan 21 nəfərin öldüyünü açıqlayıb. Bu il 19 nəfərin öldüyünü söyləyən dövlət başçısının sözlərinə görə, bu şəxslərdən 6-da “donuz qripi”nin əlamətləri aşkarlanıb: “Bu qrip - qoy lap “donuz qripi” olsun – cüzam, vəba kimi sağalmaz xəstəlik deyil və müalicəsi var”.

A. Lukaşenko əhalini panikaya uymamağa, eyni zamanda özünümüalicə ilə də məşğul olmamağa çağırıb: “Ciddi xəstələnən, qırxa yaxın hərarəti olan adam həkimə getmək əvəzinə moruq mürəbbəsi ilə müalicə olunur. Biz bu xəstəliyin öhdəsindən gəlməyə qadirik, Ukrayna da öhdəsindən gələcək. Qorxmaq, vəziyyəti gərginləşdirmək lazım deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR