Bank Of Baku

Rusiya və Gürcüstan sərhəddəki nəzarət-buraxılış məntəqəsinin açılması barədə razılığa gəlib

Rusiya və Gürcüstan sərhəddəki nəzarət-buraxılış məntəqəsinin açılması barədə razılığa gəlib
# 06 noyabr 2009 11:22 (UTC +04:00)
Bakı – APA. Rusiya və Gürcüstan sərhəddəki “Yuxarı Lars” nəzarət-buraxılış məntəqəsinin açılması barədə razılığa gəlib. APA-nın “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, iki ölkə arasında üçüncü ölkənin vasitəçiliyi ilə qapalı rejimdə texniki danışıqlar aparılır. Belə ki, Rusiya və Gürcüstan nümayəndələri ötən həftə Ermənistanda görüşüblər.

Qeyd edək ki, Rusiya ilə Gürcüstan arasındakı quru sərhədi 2006-cı ildə Tiflisdə Rusiya zabitlərinin həbsindən sonra bağlanıb. Gürcüstan “Yuxarı Lars” məntəqəsini yeganə qanuni sərhəd-buraxılış məntəqəsi sayır. Çünki digər sərhəd məntəqələri Cənubi Osetiya və Abxaziya ərazisində yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR