Bank Of Baku

Çeçenistanda daha bir yaraqlı qətlə yetirilib

Çeçenistanda daha bir yaraqlı qətlə yetirilib
# 07 noyabr 2009 11:25 (UTC +04:00)
Qroznı – APA. Çeçenistanın Urus-Martan rayonunda keçirilən xüsusi əməliyyat nəticəsində qanunsuz qruplaşmanın fəal üzvlərindən biri öldürülüb. APA-nın Rusiyanın hüquq-mühafizə orqanlarına istinadən verdiyi məlumata görə, qətlə yetirilən yaraqlı meşə massivində aşkarlanıb və milis əməkdaşlarına müqavimət göstərdiyinə görə öldürülüb.

Bundan başqa, milis əməkdaşları daha iki yaraqlını həbs ediblər. Bunlardan biri Şatoy rayonunun 17 yaşlı sakini etiraf edib ki, 2009-cu ilin yayından yaraqlıların dəstəsinə ərzaq məhsulları və geyim əşyaları göndərib. İkinci həbs olunan isə Urus-Martan rayonunun sakini isə may ayında yaraqlılara qoşulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR