Bank Of Baku

Qaraçay-Çərkəz Respublikasında keçirilən əməliyyatda 4 silahlı şəxs öldürülüb

Qaraçay-Çərkəz Respublikasında keçirilən əməliyyatda 4 silahlı şəxs öldürülüb
# 09 noyabr 2009 08:10 (UTC +04:00)
Bakı – Apa. Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının İndış kəndində xüsusi təhlükəli cinayətkar Ruslan Xubiyevin yaxalanması üçün xüsusi əməliyyat keçirilib. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, R. Xubiyev yanındakı 3 silahlı ilə birlikdə milisə müqavimət göstərib. Baş verən atışmada R. Xubiyev və ətrafındakılar öldürülüb. Öldürülənlərdən ikisinin – Həzrət Biciyev və Əhməd Baiyevin də federal axtarışda olduğu müəyyənləşdirilib. Əməliyyatda 1 milis yaralanıb. Hadisə yerində 2 “Kalaşnikov” avtomatı, əl qumbaraları, tapança və 200-dən artıq patron aşkarlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR