Bank Of Baku

Gürcüstanın xarici işlər naziri: “Rusiya bizdən sərhədlərin açılmasını xahiş edir”

Gürcüstanın xarici işlər naziri: “Rusiya bizdən sərhədlərin açılmasını xahiş edir”
# 10 noyabr 2009 07:39 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan XİN başçısı deyib ki, Rusiya tərəfi bununla bağlı onlara nota göndərib: “Rusiya bizə nota göndərərək xahiş edib ki, Rusiya-Gürcüstan sərhədlərinin açılması məsələsi hər iki tərəfin ekspertləri tərəfindən müzakirə olunsun. Lakin biz hesab edirik ki, Rusiyada gələn informasiyalara həssaslıqla yanaşmaq lazımdır”.

Q. Vaşadze hər iki ölkənin ekspertləri arasında bu məsələ ilə bağlı artıq görüş keçirildiyini qeyd edib: “Ekspert qrupları hələlik bir-birlərinə mövqelərini çatdırıblar. Lakin biz hesab edirik ki, Gürcüstan-Rusiya sərhədlərinin açılması yalnız Azərbaycan və Ermənistan üçün sərfəlidir, bunun Gürcüstan üçün heç bir əhəmiyyəti yoxdur. Çünki Rusiya bizim mallara embarqo qoyub. Gürcüstan vətəndaşlarının Rusiya ərazisində keçməsi də Rusiya qanunları ilə qadağan edilib. Belə olan halda sərhədlərin açılmasının bizə xeyri olacağını düşünmürük”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR