Bank Of Baku

Tiflis Beynəlxalq Aeroportunun direktoru və mühasibi həbs edilib

Tiflis Beynəlxalq Aeroportunun direktoru və mühasibi həbs edilib
# 10 noyabr 2009 11:02 (UTC +04:00)
Bakı – APA. Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti Departamentinin əməkdaşları “Tiflis Beynəlxalq Aeroportu” Səhmdar Cəmiyyətinin direktoru Konstantin Kamuşadze və mühasibi David Kobaxidzeni həbs ediblər. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, K. Kamuşadze və D. Kobaxidze 1,5 milyon lari (900 min dollar) məbləğində dövlət vəsaitini mənimsəməkdə ittiham olunurlar. Hər iki şəxs noyabrın 9-da axşam öz iş otaqlarında həbs edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR