Bank Of Baku

Moldova parlamenti yenə prezident seçə bilməyib

Moldova parlamenti yenə prezident seçə bilməyib
# 10 noyabr 2009 13:00 (UTC +04:00)
Bakı – APA. Moldova parlamenti bu il ərzində üçüncü dəfə ölkə prezidentini seçə bilməyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, prezidentliyə yalnız bir nəfərin – Demokrat Partiyasının lideri, parlamentin sabiq sədri Marian Lupunun namizədliyi irəli sürülüb. Lakin Kommunist Partiyasının deputatları iclas zalını tərk edərək səsverməyə qatılmayıblar. Hakim liberal-demokrat koalisiya təkbaşına prezident seçmək iqtidarında deyil, çünki bunun üçün 61 səsə ehtiyac var. Koalisiyanın isə 53 deputatı var. Konstitusiyaya əsasən 30 gündən sonra ikinci səsvermə keçiriləcək. Bu səsvermə də nəticəsiz bitərsə, parlament buraxılacaq və yeni seçki elan olunacaq.

Xatırladaq ki, prezidenti seçmək üçün ilk iki cəhd bundan əvvəlki parlamentdə kommunistlər tərəfindən göstərilib. Bu posta həmin vaxt baş nazir olan Zinaida Qreçanayanın namizədliyi irəli sürülüb. Lakin Z. Qreçanayanın seçilməsi üçün cəmi 1 səs çatmayıb və kommunistlərdən başqa digər partiyalar seçkidə iştirak etməyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR