Bank Of Baku

Gürcü deputat əsir götürülən yeniyetmələrlə dəyişdirilməyə hazır olduğunu bəyan edib

Gürcü deputat əsir götürülən yeniyetmələrlə dəyişdirilməyə hazır olduğunu bəyan edib
# 11 noyabr 2009 11:30 (UTC +04:00)
Tiflis-APA. Gürcüstan parlamentinin deputatı Qiya Tortladze özünü Cənubi Osetiyada saxlanan, sərhədin pozulması və qanunsuz olaraq partlayıcı maddə saxlamaqda ittiham olunan yeniyetmələrlə dəyişdirməyi təklif edib. APA-nın məlumatına görə, deputat saxlanan gənclərin dərhal azadlığa buraxılmasını tələb edib: “Biz bu faktı insan oğurluğu kimi dəyərləndiririk. Mən onları əvəzləməyə və gənclər evinə dönənə kimi Sxinvalidə qalmağa hazıram”. Hələlik separatçı rejimin rəhbərliyi bu müraciətə cavab verməyib.

Qeyd edək ki, Qori şəhər sakini olan 4 yeniyetmə Cənubi Osetiya ərazisində saxlanıblar. Separatçı rejim rəhbərliyi gənclərin üzərində partlayıcı maddə olduğunu iddia edir. Faktla bağlı cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR