Bank Of Baku

Ukrayna prezidentliyinə 18 nəfərin namizədliyi qeydə alınıb

Ukrayna prezidentliyinə 18 nəfərin namizədliyi qeydə alınıb
# 12 noyabr 2009 11:08 (UTC +04:00)
Bakı – APA. Ukrayna Mərkəzi Seçki Komissiyası prezidentliyə 18 nəfərin namizədliyini qeydə alıb. APA-nın “Ukrainskaya pravda” portalına istinadən verdiyi məlumata görə, hazırda komissiyada daha 5 nəfərin sənədləri var, lakin onların heç biri 2,5 milyon qrivna məbləğində girovu ödəməyib. MSK qeydiyyatın bitəcəyi 13 noyabr tarixinə qədər qeydə alınmış namizədlərin sayının artmayacağı qənaətindədir. Namizədliyi qeydə alınmış şəxslər aşağıdakılardır:

Viktor Yuşşenko, Yuliya Timoşenko, Vladimir Litvin, Viktor Yanukoviç, Arseni Yasenyuk, Anatoli Qritsenko, Pyotr Simonenko, Sergey Tiqipko, Yuri Kostenko, Aleksandr Moroz, Mixail Brodski, İnna Boqoslavskaya, Lüdmila Suprun, Aleksandr Pabat, Vasili Protıvsix, Oleq Tyaqnibok, Oleq Ryabkon, Sergey Ratuşnyak.

Prezident seçkilərinin ilk turu 2010-cu il yanvarın 17-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR